- Президент Азербайджана Ильхам Алиев поблагодарил премьер-министра Чехии Андрея Бабиша за визит в Габалу.
- Визит премьера Чехии стал первым за пределы ЕС.
- Стороны договорились повысить уровень совместной межправительственной экономической комиссии.
- Алиев высоко оценил сотрудничество в оборонной промышленности.
- Алиев принял приглашение посетить Чехию.
Report-un məlumatına görə, o, Çexiya Baş nazirinin Aİ ölkələrindən kənara ilk səfərini məhz Azərbaycana etməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.
"Baş nazir Andrey Babiş, rəsmi səfərinizə və bu gün Qəbələdə keçirdiyimiz məzmunlu danışıqlara görə sizə təşəkkür edirəm. Bu sizin Aİ-dən kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəflidir", - dövlət başçısı yazıb.
İlham Əliyev əlavə edib ki, Azərbaycan və Çexiya arasında möhkəm siyasi əlaqələr qurulub və bugünkü fikir mübadiləsi əlaqələrin daha da dərinləşdirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləyib:
"Ticarət dövriyyəmiz artıq sabit səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızın daha da strukturlaşdırılması və diversifikasiyası üçün açıq potensial görürük. Səfər çərçivəsində keçirilən və iş dairələrimizin nümayəndələrini birləşdirən biznes-forum bu istiqamətdə mühüm addımdır. Birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsinin yüksəldilməsi qərarına gəldik ki, bu da xüsusilə energetika, sənaye və digər əsas sektorlarda daha effektiv koordinasiyaya kömək edəcək. Müdafiə sənayesində əməkdaşlığımızı da yüksək qiymətləndiririk və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çexiyaya səfər etmək üçün sizin xoş dəvətinizi məmnuniyyətlə qəbul edir və dostluğunuz və tərəfdaşlığınız üçün bir daha təşəkkür edirəm", - deyə paylaşımda qeyd olunur.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий