- Товарооборот Азербайджана с Чехией превышает $800 млн.
- Основу экспорта составляет азербайджанская нефть.
- Стороны стремятся к сбалансированности и улучшению структуры товарооборота.
- Обсуждались конкретные экономические и инвестиционные проекты.
- Планируется проведение заседания Межправительственной комиссии.
Bu barədə Report xəbər verir. Dövlət başçısı bu sözləri Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında deyib.
"Ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı diqqəti çəkir. Ona görə də biz ticarət dövriyyəsinin daha balanslı olmasını və onun strukturunun təkmilləşdirilməsini istəyirik. Ümid edirəm ki, buna nail olacağıq, çünki bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda bir çox konkret iqtisadi və investisiya yönümlü layihələr müzakirə olunub".
Prezident İlham Əliyev əlavə edib ki, bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər barədə fikir mübadiləsi aparılıb:
"Yaxın zamanda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə fikir mübadiləsi apardıq. Yəni bu gün Azərbaycan-Çexiya dostluğu, əməkdaşlığı bir daha təsdiqini tapır və qarşımızda gözəl perspektivlər açılır".
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий