Bunu Report xəbər verir, Çexiyanın baş naziri Andrey Babiş Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

"Bugünkü görüş xüsusi idi. Əlbəttə, bu gün Avropa enerji haqqında danışır, çünki neft emalı zavodları xammala ehtiyac duyur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çexiya Respublikasına ən böyük neft tədarükçüsüdür. İdxal olunan neftin 42%-i Azərbaycandan gəlir", - deyə o bildirib.