Bunu Report xəbər verir, Çexiyanın baş naziri Andrey Babiş Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumunda, prezident İlham Əliyevin iştirakı ilə bildirib.

“Avropa Yaşıl Sazişi ilə bağlı problemimiz var, o, indiki vəziyyətdən tamamilə fərqli olmalıdır, çünki ETS-1 və ETS-2 Avropa sənayesini məhv edir və Avropa vətəndaşlarının həyatına mənfi təsir göstərir. İndi isə, əlbəttə, Hörmüz boğazında bu problem yaranıb. Və indi Avropa neft və qaza müraciət edir.

Biz buraya həm də enerji haqqında danışmaq üçün gəlmişik, çünki Azərbaycan Çexiya Respublikasına xam neftin ən böyük tədarükçüsüdür. Bu, tədarükün 42%-ni təşkil edir, siz birinci yerdəsiniz”, - deyə o qeyd edib.