Report-un məlumatına görə, bunu Çexiyanın baş naziri Andrey Babış Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirib.

"Cənab prezidentlə Davosda görüşdük və bu səfər barədə razılığa gəldik. Mən burada olmaqdan çox məmnun və şərəf duyuram. Həmçinin Sizi Praqaya səfərə dəvət etmək istərdik və orada Sizi qarşılamağa şad olarıq.

Eyni zamanda, hesab edirəm ki, ölkələrimiz arasında birgə iqtisadi komissiyanı yenidən çağırmaq düzgün olardı. Bizim tərəfdən onu birinci vitse-premyer cənab Qavliçek rəhbərlik edəcək. Hesab edirəm ki, bu komissiya bu il mümkün qədər tez toplanmalıdır ki, bütün bu layihələr üzrə operativ şəkildə irəliləyə bilək", - deyə Babış qeyd edib.