Report-un məlumatına görə, bunu Çexiyanın baş naziri Andrey Babış Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumunda, prezident İlham Əliyevin iştirakı ilə bildirib.

"Burada artıq birgə müəssisəsi və kapital qoyuluşu olan çex və slovak şirkətləri qrupu təmsil olunur: Aero Vodochody L-39NG təyyarəsi ilə, həmçinin CSG Aerospace, Česká Zbrojovka, Colt – bu layihə haqqında danışdıq – Excalibur International, Explosia, VOP CZ, Omnipol və Livance SRO Meteopress", - deyə Babış bildirib.

Onun sözlərinə görə, bütün bu şirkətlər sizin konkret ehtiyaclarınız nəzərə alınmaqla hazırlanmış əhəmiyyətli məhsul çeşidi və kompleks həllər təklif edir.

"Nümayəndə heyətimiz müasir nəqliyyat maşınqayırmasında ən yaxşı olanı təmsil edir. Bu firmalar hərəkət heyətindən və dəmir yolu texnologiyalarından tutmuş qabaqcıl hərəkət idarəetmə sistemləri və "ağıllı" infrastruktura qədər bütün xidmət spektrini təmin edir. Onlar daha sürətli, təhlükəsiz və ekoloji cəhətdən davamlı olacaq nəqliyyat şəbəkəsi qurmağa kömək etməyə hazırdırlar. Və təbii ki, Çex Respublikasının ən mühüm və ən böyük iqtisadi qrupu olan PPF-ə daxil olan Škoda Transportation şirkətinin Bakıda metro layihəsi üzrə tenderdə uğur qazanmasına şad olardıq. Burada həmçinin AŽD Praha, CZ Loco, Daco və Tatra Export-dan nümayəndə heyətləri də var. Bütün bu şirkətlər konkret layihələr təqdim edir və əminəm ki, bizimlə işgüzar əməkdaşlığa başladıqdan sonra həqiqətən məmnun qalacaqsınız", - deyə çex baş naziri qeyd edib.