Bu barədə Report çex informasiya agentliklərinə istinadən xəbər verir. Məlumat Çexiyanın baş naziri Andrey Babişin Azərbaycan Prezidenti İlham Əliyev ilə Qəbələdə apardığı danışıqların yekunlarına əsasən yayılıb.

Bildirilir ki, danışıqlarda Bakı və Praqa arasında hökumətlərarası komissiyanın fəaliyyəti, təhsil sahəsində, xüsusilə universitetlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin energetika və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Agentliklər qeyd edir ki, Andrey Babişlə birlikdə Azərbaycana gələn bir çox çex şirkətlərinin nümayəndələri artıq ölkədə fəaliyyət göstərirlər.