- Премьер-министр Чехии Андрей Бабиш пригласил президента Азербайджана Ильхама Алиева с официальным визитом в Чехию.
- Взаимный товарооборот между странами в прошлом году составил $42 млрд, в основном за счет поставок азербайджанской нефти.
- Стороны выразили готовность расширять сотрудничество, включая долгосрочный контракт на поставки газа.
- Президент Алиев предложил создать межправительственную экономическую комиссию по энергетике и промышленности.
- Обсуждались проекты развития аэропорта Карловых Вар и сотрудничество с чешскими оборонными предприятиями.
Report-ın məlumatına görə, Babiş bu barədə Facebook-da yazıb.
"Mən ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi həyat yoldaşı ilə birlikdə Çexiyaya səfərə dəvət etdim", - o yazıb.
Babiş qeyd edib ki, yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa İttifaqından kənar ilk səfərinin Azərbaycana olacağına söz vermişdi və sözünü yerinə yetirdiyinə görə məmnunluq ifadə edib.
"Dostluq və ən əsası çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Ötən il qarşılıqlı ticarət dövriyyəsi 42 milyard dollar təşkil edib, əsas payı Azərbaycan neftinin Çexiyaya tədarükü tutub", - o vurğulayıb.
Baş nazirin sözlərinə görə, tərəflər digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib, qaz tədarükü üzrə uzunmüddətli müqavilə bağlamaqda maraqlı olduqlarını vurğulayıblar. O qeyd edib ki, danışıqlarda ČEZ şirkətinin nümayəndələri də iştirak edir və bu prosesin uğurla başa çatacağına əmindir.
Həmçinin o bildirib ki, Prezident İlham Əliyev enerji və sənaye qarşılıqlı fəaliyyətinin inkişafına yönəlmiş hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən onu sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.
Bundan başqa, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий