Bakı Hərrac Mərkəzində 29 aprel tarixində hərraclar keçiriləcək - ləğv prosesində olan Bank of Azerbaijan, Dəmir Bank-ın daşınmaz əmlakının satışı üzrə, 13 may tarixində isə AtaBank, Dəmir Bank və AGBank-ın əmlakı satışa çıxarılacaq.

Report-un məlumatına görə, hərrac tarixləri barədə məlumatı bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yayıb.

Bank of Azerbaijan-ın lisenziyası 18 yanvar 2016-cı il tarixində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə ləğv edilib.

Dəmir Bank-ın lisenziyası 23 dekabr 2017-ci il tarixindən etibarən ləğv edilib.

AMB 28 aprel 2020-ci il tarixindən etibarən Atabank-ın lisenziyasını geri götürüb.

AGBank-ın lisenziyası 12 may 2020-ci il tarixindən etibarən ləğv edilib.