- В 2025 году не удалось сформировать правовую базу для сукук и других исламских финансовых инструментов в Азербайджане.
- Не выполнены мероприятия по регулированию краудфандинга, определению требований к профессиональным инвесторам и другие.
- ЦБА планирует привести регулирование в соответствие с принципами IOSCO и внедрить риск-ориентированный надзор.
Report-un Mərkəzi Banka istinadən verdiyi məlumata görə, “Maliyyə sektorunun inkişafı üzrə 2024–2026-cı illər Strategiyası” çərçivəsində kapital bazarları sahəsində normativ bazanın inkişafı ilə bağlı bir sıra tədbirlər də yerinə yetirilməyib.
Söhbət kraudfandinqin tənzimlənməsi, peşəkar investorlara qarşı tələblərin müəyyən edilməsi, investisiya şirkətlərinin davamlı kapitalı üzrə metodologiyanın işlənib hazırlanması, lisenziyalaşdırılan iştirakçılar üçün hesabatlılıq və risk-skoring standartlarının tətbiqi, vasitəçilərin müflis olması halında investorlara kompensasiya mexanizminin yaradılması, habelə qiymətli kağızlar emissiyası qaydalarının yenilənməsindən gedir.
Mərkəzi Bankdan bildirilib ki, gələcəkdə tənzimləmənin IOSCO prinsiplərinə uyğunlaşdırılması, klirinq və hesablaşmaların əsas elementi kimi mərkəzi kontragentin yaradılmasının qiymətləndirilməsi, investisiya fondlarının tənzimlənməsinin təkmilləşdirilməsi, SupTech alətləri də daxil olmaqla nəzarət sisteminin yenilənməsi, habelə nəzarətə risk əsaslı yanaşmanın tətbiqi planlaşdırılır.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий