Vesti.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.

Daha sonra general-polkovnik Zakir Həsənov italyan həmkarı Qvido Krozetto ilə görüşüb.

Protokola əsasən, rəsmi qarşılama mərasimi zamanı müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşdə, həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov da iştirak edib. Strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlər və onların perspektivləri müzakirə olunub.

Görüş zamanı tərəflər hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.