Bu barədə Report İtaliya Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd olunur ki, tərəflər Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunmasını müzakirə ediblər.

“Azərbaycanın Avrasiya regionunda rolu əsasdır, ölkə İtaliyanın enerji sahəsində mühüm müttəfiqi və strateji tərəfdaşıdır”, – deyə məlumatda bildirilir.

Qvido Krozetto görüş zamanı İranın PUA-ları ilə Naxçıvana zərbə endirilməsini pisləyib, gərginlik şəraitində Azərbaycanın təmkinli və məsuliyyətli mövqeyini qeyd edib.

Nazirlər həmçinin silahlı qüvvələr arasında təlim və hazırlıq proqramları da daxil olmaqla ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər. Müdafiə sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını ifadə ediblər.

Həmçinin tərəflər mövcud münaqişələrin regional təhlükəsizlik üçün yaratdığı risklər fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunmasının əhəmiyyətini qeyd ediblər.