Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edir. Day.Az-a müdafiə nazirliyindən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.