- ЕС продлил санкции против Мьянмы до мая 2027 года
- Санкции включают замораживание активов, запреты на поездки и эмбарго на поставки оружия
- Меры направлены против 105 физических и 22 юридических лиц
- ЕС осуждает действия военных Мьянмы после переворота 1 февраля 2021 года
- ЕС готов ввести дополнительные ограничительные меры
Bu barədə Report Aİ Şurasının bəyanatına istinadən xəbər verir.
Məlumata görə, tədbirlər 105 fiziki və 22 hüquqi şəxs üçün aktivlərin dondurulması, səyahət qadağaları və silah embarqosunu əhatə edir.
“Aİ 1 fevral 2021-ci il dövlət çevrilişindən sonra Myanma hərbçilərinin hərəkətlərini ən sərt şəkildə qınadığını bir daha ifadə edir. Geniş yayılmış əsas azadlıqların məhdudlaşdırılması və qorxu atmosferi ilə yanaşı davam edən ciddi insan hüquqları pozuntularını pisləyir, bütün zorakılıq formalarının dayandırılmasına, özbaşına həbs edilmiş bütün məhbusların azad edilməsinə çağırırıq”, - bəyanatda deyilir.
Aİ ölkədə insan hüquqlarının pozulmasına görə məsul olan şəxslərə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır və bu tədbirlərin məqsədyönlü xarakterini, habelə Myanma əhalisinə zərər verməməsini təmin etməyə davam edəcək, Şurada əlavə ediblər.
Xatırladaq ki, Aİ-nin Myanmaya qarşı sanksiyaları ilk dəfə 2021-ci ilin fevralında hərbi çevrilişdən sonra tətbiq edilib.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий