Bu barədə Report Rusiya XİN-in bəyanatına istinadən məlumat yayıb.

Xarici siyasət idarəsində qeyd edilib ki, bu tədbir Avropa İttifaqının 20-ci sanksiyalar paketinə cavab reaksiyası olaraq qəbul edilib.

“Siyahıya Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı qərarların qəbulunda iştirak edən, Rusiya əleyhinə sanksiyaların tətbiqinə cavabdeh olan, Rusiyanın üçüncü ölkələrlə münasibətlərinə zərər vuran, ölkəmizin maraqları naminə dəniz gəmiçiliyinə maneələr yaradan avroqurumların, Avropa İttifaqına üzv dövlətlərin və bir sıra digər Avropa dövlətlərinin nümayəndələri daxil edilib”, – bəyanatda deyilir.

Siyahıya həmçinin Rusiya dövlət aktivlərinin qanunsuz müsadirə edilməsi və ya onlardan əldə edilən gəlirin istifadəsinin tərəfdarı olan şəxslər də daxil edilib.

XİN-də vurğulanıb ki, məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyaya qarşı düşmən mövqeyi tutan mülki fəallar və Avropa dövlətlərinin akademik ictimaiyyətinin nümayəndələri, Rusiya əleyhinə qətnamə və qanun layihələrinə səs verən Aİ üzv dövlətlərinin milli parlamentlərinin və Avropa Parlamentinin deputatlarına qarşı tətbiq edilib.

Xatırladaq ki, Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi 23 aprel 2026-cı ildə Aİ Şurası tərəfindən təsdiq edilib.