- Словакия подала иск в Суд ЕС против постепенного запрета импорта российского газа.
- Венгрия также обратилась в суд ЕС для отмены запрета на импорт нефти и газа из России.
- Совет ЕС утвердил регламент о поэтапном отказе от российского топлива в январе.
- Запрет на импорт СПГ по краткосрочным контрактам вступил в силу 25 апреля.
- Эмбарго на трубопроводный газ по краткосрочным договорам заработает с 17 июня 2026 года.
Bu barədə Report agentliyi ČTK-ya istinadən xəbər verir.
"Slovakiya ötən həftə Avropa İttifaqının Rusiya qazının idxalını tədricən dayandırmaq qərarına qarşı əvvəlcədən elan edilmiş iddia qaldırıb", - deyə məlumatda bildirilir.
Fevralın əvvəlində Macarıstanın xarici işlər naziri Peter Szijjártó Budapeştin Rusiyadan neft və qaz idxalına qadağanın ləğvi üçün artıq Aİ məhkəməsinə müraciət etdiyini bildirib.
Xatırladaq ki, Aİ Şurası yanvar ayında Rusiya yanacağından tədricən imtina haqqında əsasnaməni təsdiqləyib. Qısamüddətli müqavilələr üzrə LNG idxalına qadağa 25 apreldən, uzunmüddətli müqavilələr üzrə isə 1 yanvar 2027-ci ildən qüvvəyə minib. Boru kəməri qazına embarqo qısamüddətli müqavilələr üzrə 17 iyun 2026-cı ildən, uzunmüddətli müqavilələr üzrə isə 1 noyabr 2027-ci ildən qüvvəyə minəcək.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий