- Президент Азербайджана заявил о необходимости решения множества задач на освобожденных территориях Карабаха и Восточного Зангезура.
- Ведется активное взаимодействие с Всемирным банком, ЕБРР, Азиатским банком развития и другими.
- Moody's повысило кредитный рейтинг Азербайджана до инвестиционного уровня с положительным прогнозом.
Report xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes forumunda çıxışı zamanı deyib.
"Biz artıq Dünya Bankı, AİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digərləri kimi aparıcı maliyyə institutları ilə fəal əməkdaşlığa başlamışıq. Bu, qarşımızda duran ən mühüm layihələrin həyata keçirilməsinə daha çox dinamizm verəcək", - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, "Moody's" reytinq agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozla investisiya səviyyəsinə yüksəldib ki, bu da investorlar üçün yaxşı siqnaldır:
"Azərbaycan kapital qoyuluşu üçün uyğun yerdir. Və təbii ki, siyasi sabitlik, sosial dayanıqlılıq, təhlükəsizlik və etibarlılıq – hər bir investorun müəyyən bir ölkədə biznes aparıb-aparmamaq qərarı verərkən ilk növbədə nəzərə aldığı amillərdir".
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий