Bu barədə Report İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

O, iki ölkə arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ümumi prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, tərəfdaşlığın möhkəmləndirilməsində İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiya mühüm rol oynayır.

Nazir həmçinin qeyd edib ki, Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir, eyni zamanda ticarətin şaxələndirilməsi prioritet olaraq qalır. Sənaye, ticarət, investisiya, enerji, o cümlədən "yaşıl enerji", həmçinin nəqliyyat və logistika sahələrində geniş əməkdaşlıq perspektivləri vurğulanıb. Azərbaycanın investisiya imkanlarına, o cümlədən əlverişli biznes mühitinə, Qarabağ və Şərqi Zəngəzurun potensialına xüsusi diqqət yetirilib.

Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek isə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib və əməkdaşlığın inkişafı üçün bu cür forumların əhəmiyyətini vurğulayıb.