- Зарифа Алиева родилась 28 апреля 1923 года в селении Шахтахты Нахчыванской АР Азербайджана.
- Она была выдающимся офтальмологом, академиком, создала первую специализированную научно-исследовательскую лабораторию офтальмологии в Азербайджане.
- Автор 12 монографий, 150 научных работ, 1 изобретения и 12 рационализаторских предложений.
- В 1981 году удостоена премии имени М.И. Авербаха АМН СССР.
- Была женой президента Гейдара Алиева, матерью президента Ильхама Алиева.
Report xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
Akademik Zərifə Əliyeva mənalı bir ömür yaşamış və geniş elmi fəaliyyəti ilə ölkəmizdə tibbin inkişafına mühüm töhfələr vermişdir.
Z.Əliyevanın oftalmologiyanın aktual məsələlərinə dair uzun illər apardığı uğurlu tədqiqatların nəticəsi olan elmi əsərləri həmişə yüksək qiymətləndirilmişdir.
Zərifə Əliyevanın Azərbaycanda oftalmologiyanın inkişafında müstəsna xidmətləri vardır.
Onun tədqiqatlarında təklif olunan yeni və effektiv müalicə üsulları, kompleks profilaktik tədbirlər ən qısa müddətdə geniş tətbiq tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin tədqiqat mərkəzi olan ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Elmi-pedaqoji fəaliyyətində həmişə tibbi etikaya istiqamətlənən Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanmasında, gənc alim və oftalmoloqların bütöv bir nəslinin formalaşmasında da böyük xidmətləri vardır.
O, Azərbaycanda geniş yayılmış göz xəstəliyi olan traxoma, peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri, o cümlədən kimya və elektron sənayesində, həmçinin oftalmologiyanın müasir problemlərinə, xüsusən də "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları"na həsr olunmuş bir çox iri tədqiqatların həmmüəllifi, həmçinin 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150 elmi əsər, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin üzvü, "Vestnik oftalmologii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Yüksək nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə Əliyeva 1954-cü ildə gələcək dövlət başçısı Heydər Əliyevlə evlənmişdir. Bu evlilikdən 1955-ci ildə Sevil Əliyeva, 1961-ci ildə isə İlham Əliyev dünyaya gəlmişdir.
Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur. 1994-cü ildə onun nəşi Bakıya gətirilərək Fəxri xiyabanda atasının məzarı yanında dəfn edilmişdir.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий