Bu barədə Report İnterfaksa istinadən xəbər verir.

Proqnoz "mənfi"dən "sabit"ə yüksəldilib. Agentliyin açıqlamasında qeyd olunur ki, bu, daxili, ticarət və geosiyasi çətinliklərə baxmayaraq, iqtisadiyyatın və dövlət maliyyəsinin davamlılığının qorunacağı gözləntiləri ilə bağlıdır.

Moody's analitikləri Çin ixracının artımının yavaşlayacağını proqnozlaşdırır, lakin vurğulayırlar ki, o, rəqabətqabiliyyətli və çevik olaraq qalır, iqtisadiyyatı dəstəkləməyə davam edir. Bu səbəbdən, orta müddətli perspektivdə ÜDM artım templərinin tədricən azalacağı gözlənilir.

Ekspertlər həmçinin qeyd edirlər ki, yüksək məhsuldar sahələrin inkişafı və regional və yerli hakimiyyət orqanlarının borclarının nəzarət altında tənzimlənməsi, ümumi dövlət borcunun səviyyəsinin artmasına baxmayaraq, kapitaldan istifadənin səmərəliliyini artırmalıdır.

2025-ci ilin yekunlarına görə, Çin iqtisadiyyatı 5% artıb. Cari ildə rəsmi sosial-iqtisadi inkişaf planı 4,5–5% aralığında artım nəzərdə tutur.