- Азербайджан и Китай договорились об обмене дополнительно 5 тыс. разрешительных бланков для двусторонних и транзитных перевозок и 2,5 тыс. бланков для перевозок в/из третьей страны в 2026 году.
- Квота разрешительных бланков на 2025 год увеличена в 5 раз.
- Стороны договорились об электронном обмене и выдаче бланков 'Разрешений', создании совместной технической рабочей группы с 1 мая.
- Таможенный пункт Хоргос имеет 8 полос, пропускающих 1200 грузовиков в день, планируется увеличение до 20 полос.
- Достигнуто соглашение о полном удовлетворении потребностей перевозчиков в текущем и следующем году.
Bu barədə Report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Qərar iki ölkə arasında əməkdaşlıq tarixində ilk dəfə olaraq Azərbaycan və Çin arasında beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün qəbul edilib.
Razılaşmalar AYNA və Çin Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Departamenti arasında Urumçidə (Çin) keçirilən beynəlxalq avtomobil daşımaları üzrə görüşdə əldə olunub. Görüşdə Azərbaycan daşıyıcıları və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi də iştirak edib.
Məlumata görə, cari ildə beynəlxalq yükdaşımalar üçün mübadilə edilməsi razılaşdırılmış icazə blanklarının kvotası 5 dəfə artırılıb. Həmçinin cari və gələn ildə daşıyıcıların ehtiyaclarının tam ödənilməsi barədə razılıq əldə olunub.
Tərəflər həmçinin "İcazə" blanklarının elektron mübadiləsi və verilməsi ilə bağlı mühüm razılığa gəliblər. Rəqəmsallaşdırma layihəsinin həyata keçirilməsi üçün birgə texniki işçi qrupun yaradılması və mayın 1-dən işə başlanması planlaşdırılır.
Bundan əlavə, beynəlxalq yükdaşımalar zamanı yaranan məsələlərin operativ həlli üçün iki ölkənin müvafiq qurumları arasında çevik əlaqənin qurulması üçün müvafiq mexanizm razılaşdırılıb.
Aprelin 25-də səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti milli daşıyıcıların iştirakı ilə Xorqos gömrük məntəqəsinin əməkdaşları ilə görüş keçirib, eyniadlı sərbəst iqtisadi zonada logistika mərkəzlərinin işi ilə tanış olub.
Nümayəndə heyətinə Xorqos gömrük-transfer məntəqəsinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, hazırda məntəqədə 4 qəbul və 4 göndərmə zolağı var, 8 zolaq gündə 1200 yük avtomobilinin keçidini təmin edir. Artan yük axını nəzərə alınaraq, növbəti iki il ərzində qəbul və göndərmə zolaqlarının sayının 20-yə çatdırılması planlaşdırılır.
Tərəflər logistika mərkəzi ilə milli daşıyıcılar arasında əməkdaşlıq imkanlarını müzakirə edib və onlar arasında əlaqələrin qurulması üzrə işə başlamaq barədə razılığa gəliblər.
Mənbə: report.az
Комментарии
Загрузка…
Оставить комментарий