Report-un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkəni tədbirdə nazirlik nümayəndə heyəti təmsil edir.

Sərginin açılış mərasimində Azərbaycan və Çin arasında imzalanmış mühüm sənədlər, habelə strateji tərəfdaşlığın inkişaf dinamikası haqqında məlumat təqdim olunub. Eyni zamanda, nəqliyyat və logistika sahəsində sıx əməkdaşlığa xüsusi diqqət yetirilib.

Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində 10-cu Asiya-Avropa Multimodal Nəqliyyat İnkişafı Konfransında da iştirak edib. Görüşdə Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə də Orta Dəhlizdə rolu və həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib.

Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən stend təqdim olunub.