Muğam Beynəlxalq Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist, əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib, Day.Az xəbər verir. Tədbir yubilyarın yaradıcılığı haqqında videoçarxın nümayişi ilə açılıb.