Bakıda 17-22 may tarixlərində keçiriləcək Dünya Şəhərlər Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkənin müxtəlif şəhərlərində ictimaiyyəti bu vacib tədbir haqqında məlumatlandırmaq məqsədilə WUF13 Festivalı təşkil olunacaq. Day.Az-ın məlumatına görə, festivalın proqramı iki hissədən ibarət olacaq.