- 12 человек погибли, 49 пострадали за сутки в результате ударов ВВС Израиля по югу Ливана
- Режим прекращения огня был установлен 17 апреля
- С начала эскалации 2 марта общее число убитых достигло 2521, раненых — 7804
- Израиль начал интенсивные бомбардировки объектов Хезболлах на востоке Ливана
Vesti.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 apreldə qüvvəyə minmiş atəşkəs rejiminə baxmayaraq, son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub rayonlarına endirdiyi zərbələr nəticəsində ən azı 12 nəfər həlak olub, 49 nəfər yaralanıb. Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
«Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri öldürülən mülki şəxslərin ümumi sayı 2 521-ə, yaralıların sayı isə 7 804-ə çatıb», — deyə nazirliyin X sosial şəbəkəsində dərc olunan məlumatında bildirilir.
Nazirlik qurbanların sayının arta biləcəyini gözləyir, çünki İsrail ölkənin şərqində şiə milisi Hizbullahın obyektlərinə intensiv bombalı hücumlara başlayıb.
Mənbə: vesti.az
Комментарии
Загрузка…
Оставить комментарий