Hizbullahın baş katibi Şeyx Naim Qasım bəyanatla çıxış edərək Livan hökumətini İsraillə birbaşa təmasları dayandırmağa və dolayı danışıqlar formatına keçməyə çağırıb. Bu barədə Vesti.az xarici KİV-ə istinadən xəbər verir.

«Hakimiyyətin vəzifəsi İsrail düşməni ilə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara keçməkdir», — deyə hərəkatın Telegram kanalında dərc olunan bəyanatda bildirilir.

Qasım həmçinin ölkə daxilində milli dialoqa qayıdışın zəruriliyini vurğulayıb və Hizbullahın silahlı qanadının qadağan edilməsi qərarının ləğv edilməsinə çağırıb.

Onun sözlərinə görə, hakimiyyət əvvəllər qəbul edilmiş qərarı yenidən nəzərdən keçirməlidir, çünki bu qərar, onun iddiasına görə, hərəkatın döyüşçülərini qanundankənar vəziyyətə salır. O, xarici təhdidlərə qarşı durmaq üçün ölkə daxilində konsolidasiyanın zəruriliyini vurğulayıb.

Bundan əlavə, hərəkat lideri Hizbullahın özünümüdafiə hüququndan imtina etmək niyyətində olmadığını və İsrailə qarşı silahdan istifadəyə davam edəcəyini bildirib.