Bu barədə Report-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə brifinq zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

İştirakçılara təlimlərə hazırlanmış videoçarx nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma və qarşıda duran vəzifələrlə bağlı brifinq təqdim olunub.

Qeyd edək ki, təlimlər birgə hava əməliyyatlarının planlaşdırılması və icrası sahəsində təcrübə mübadiləsi, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.