Vesti.az-ın rus KİV-lərinə istinadən verdiyi məlumata görə, danışıqlar B. N. Yeltsin adına Prezident Kitabxanasının Pyotr zalında keçib.

Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edib. İran nümayəndə heyətinə Arağçidən başqa XİN müavini Kazim Qəribabadi və İranın Moskvadakı səfiri Kazim Cəlali daxil olub.

Görüş zamanı Vladimir Putin Moskvanın İranla strateji münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib. O, həmçinin İranın ali rəhbəri Möctəba Xameneyinin məktubuna görə təşəkkür edib və ona minnətdarlıq sözlərini, həmçinin sağlamlıq və firavanlıq arzularını çatdırmağı xahiş edib.