Bu barədə Report rus mediasına istinadən xəbər verir.

Rusiya tərəfdən görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.

İran nümayəndə heyətinə Arağçidən əlavə, İran XİN rəhbərinin müavini Kazim Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazim Cəlali daxildir.

Rusiya Prezidenti görüşdə qeyd etdi ki, Moskva Yaxın Şərqdə sülhün tezliklə bərqərar olması üçün hər şeyi edəcək: "Rusiya İranın və regionun digər ölkələrinin maraqlarına cavab verən hər şeyi edəcək ki, Yaxın Şərqdə sülh mümkün qədər tez bərqərar olsun".

Putin həmçinin əlavə etdi ki, ötən həftə İranın Ali Rəhbəri Möctəba Xameneidən məktub alıb.

XİN rəhbəri Arağçi isə öz növbəsində Tehranla Moskva arasındakı münasibətlərin strateji tərəfdaşlıq olduğunu və bundan sonra da "möhkəmlənəcəyini" vurğuladı.

Qeyd edək ki, Rusiya Arağçinin beynəlxalq turne çərçivəsində ziyarət etdiyi üçüncü ölkədir; o, aprelin 24-dən etibarən Pakistan və Omanı ziyarət edib.