Report-un məlumatına görə, bu qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin qərarına əsasən, 1 may 2026-cı il tarixindən 31 mart 2027-ci il tarixinədək SOCAR-a Azərbaycana maksimum 205 min ton AI-92 benzini və 201 min ton dizel yanacağı idxal etmək hüququ verilib.

Bundan başqa, göstərilən dövrdə ölkəyə idxal edilən AI-92 markalı benzin və dizel yanacağına aksiz vergisi müvəqqəti olaraq 1 manat/ton səviyyəsində müəyyən edilib.

Qərarın məqsədi daxili yanacaq bazarında sabitliyi təmin etmək və fasiləsiz təchizatı qorumaqdır.