Report-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 86,5% və 91,3% azdır.

Metil spirtinin Azərbaycanın əsas qeyri-neft məhsullarının ixracında payı 0,28%, ilkin formada metanolun ölkənin ümumi ixrac həcmində payı isə 0,05% təşkil edir.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. İl ərzində ixrac 15,4%, idxal isə 29,3% azalıb.

Metanol zavodu 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildən zavod SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Methanol MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqustundan isə şirkətin mülkiyyətinə keçib. Müəssisənin gücü ildə 650-700 min ton metanol təşkil edir.