Milli Məclis Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişini ratifikasiya edib. Day.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə olunub.