Azərbaycanda işəgötürənlər eyni və ya bərabər dəyərli işi görən işçilərə, cinsindən asılı olmayaraq, bərabər əmək haqqı ödəməyi təmin etməyə məcbur olacaqlar. Day.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişikliklər layihəsində əks olunub.