Əməkdaşlığımızın əhəmiyyətli hissəsi, əlbəttə ki, enerji sektoru ilə bağlıdır. Bu sahədə Azərbaycan və Çexiya uzun illərdir çox etibarlı tərəfdaşlardır. Day.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında deyib.