Azərbaycan - Çexiya Respublikası üçün strateji tərəfdaş. Çox isti dostluq münasibətlərimiz var. Day.Az -ın AZƏRTAC -a istinadən verdiyi məlumata görə, bunu Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. O, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir.