Cənubi Sudanın paytaxtı — Cuba şəhəri — yaxınlığında «Cessna» sərnişin təyyarəsi qəzaya uğrayıb.

Vesti.az-ın məlumatına görə, bu barədə Cənubi Sudan Mülki Aviasiya İdarəsi məlumat verib.

Qəza nəticəsində təyyarədə olan on üç sərnişin və pilot həlak olub.

İlkin məlumatlara görə, qəzanın səbəbi əlverişsiz hava şəraiti olub. İki sərnişin Keniya vətəndaşı, qalanları isə Cənubi Sudan vətəndaşı olub.

Hadisə yerinə istintaq və xilasetmə qrupları göndərilib.