Bu barədə Report agentliyi Tasnim-ə istinadən məlumat yayıb.

Məlumata görə, İraq Prezidenti Nizar Amidinin artıq yeni baş nazirə kabinet formalaşdırmağı tapşırıb. Hazırkı hökumət başçısı Məhəmməd əs-Sudani və Koordinasiya Şurasının əvvəlki namizədi Nuri əl-Maliki bu postdan imtina edərək əl-Zaidinin namizədliyini dəstəkləyiblər.

Qeyd olunur ki, Əli Falih Qazim əl-Zaidi hüquq, maliyyə, investisiya və təhsil sahələrində ixtisaslaşıb. Onun idarəetmə yanaşması institusional islahatlara, iqtisadi inkişafa və gənclərin imkanlarının genişləndirilməsinə yönəlib. O, hüquq üzrə bakalavr, maliyyə və bank işi üzrə magistr dərəcəsinə malikdir.