Vesti.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə X-dəki hesabında yazıb.

«Ticarət dövriyyəmiz yüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və diversifikasiyası üçün böyük potensial var. Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə mühüm addımdır. Birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsinin yüksəldilməsi barədə qərar qəbul etdik ki, bu da xüsusilə enerji, sənaye və digər əsas sektorlarda daha effektiv koordinasiyaya kömək edəcək. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı da yüksək qiymətləndiririk və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çex Respublikasına səfər etmək təklifinizi məmnuniyyətlə qəbul edir və dostluğunuz və tərəfdaşlığınız üçün bir daha təşəkkür edirəm», - deyə dövlət başçısı vurğulayıb.