Albaniyada keçirilən Avropa çempionatında uğurla çıxış edən azərbaycanlı güləşçilər vətənə qayıdıblar. Day.Az -ın İdman.Biz -ə istinadən verdiyi məlumata görə, sərbəst güləş üzrə yığma komanda üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub.