Bu barədə Report TDT-nin saytındakı açıqlamaya istinadən xəbər verir.

Qeyd olunur ki, görüş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) peşəkar inkişaf məsələləri üzrə sammiti çərçivəsində baş tutub.

Görüş zamanı Anar Əliyev keçən ilin dekabrında Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin 1-ci iclasının uğurla keçirildiyini xatırladaraq, orada qəbul edilən Bəyannamənin effektiv şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycanda icbari sosial sığorta sisteminin idarə edilməsi Əmək Nazirliyinin səlahiyyətinə verilib.

Kubanıçbek Omuraliyev TDT Katibliyinin dəstəyi ilə Bakıda əldə olunmuş qərarların həyata keçirilməsi üçün İşçi Qrupunun mühüm rolunu vurğulayıb.

Tərəflər, həmçinin türk dünyasında inklüziv və davamlı əmək və sosial müdafiə sistemlərinin inkişafına yardım məqsədilə TDT-yə üzv dövlətlər arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.