Beynəlxalq qarışıq döyüş sənətləri təşkilatı UFC tarixində ilk dəfə Serbiyada turnir keçirəcək. İdman.biz -in UFC-yə istinadən verdiyi məlumata görə, şou avqustun 1-də Belqradda baş tutacaq. Təşkilatın mətbuat xidməti artıq hadisəni elan edərək qeyd edib: "Serbiya, biz artıq yoldayıq! Oktaqon ilk dəfə Belqrada enir!"