Qaz İxrac Edən Ölkələr Forumunun hesabatına görə, martda mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü illik müqayisədə 6,8% azalıb — bu, 2020-ci ilin iyulundan bəri ən böyük enişdir. Hesabata dünya mediası istinad edir, Vesti.az xəbər verir.

Hesabat məlumatlarına əsasən, birinci rübün son ayında tədarük həcmi 35,8 milyon tona düşüb. Əsas səbəb Yaxın Şərqdəki münaqişənin nəticələri olub: Hörmüz boğazından tranzitdəki problemlər BƏƏ və Qətərdən ixracı çətinləşdirib.

Bu fonda QİÖF ölkələri qaz tədarükünü təxminən üçdə bir azaldaraq 11,44 milyon tona endiriblər. Azalmanı qismən təşkilata daxil olmayan ölkələrdən LNG ixracının artırılması, həmçinin reeksport həcmlərinin yüksəlməsi hesabına kompensasiya etmək mümkün olub.