Vesti.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çexiya biznes forumunda çıxışı zamanı bildirib.

«Azərbaycanda maliyyə-iqtisadi vəziyyət sabitdir. Artıq uzun illərdir, dəqiq desək, doqquz ildir ki, valyutamız sabit qalır», — qeyd edib dövlət başçısı.

Milli valyutanın məzənnəsinin faktiki olaraq dəyişmədiyini vurğulayan Prezident əlavə edib: «Hesab edirəm ki, bu, həm yerli, həm də xarici hər bir potensial investor üçün mühüm göstəricidir».

Onun sözlərinə görə, 2017-ci ildən bir dollar sabit olaraq 1,7 manat səviyyəsində qalır.