- В начале 2000-х орнитологи обнаружили, что шум дорожного движения заставляет птиц в Париже петь на более высоких частотах (на 400 Гц выше, чем в лесах).
- За последние 10 лет уровень шума в Париже снизился примерно на 3 децибела благодаря мерам по сокращению автомобильного движения и шумопоглощающему покрытию.
- Новое исследование 2023 года показало, что большие синицы в Париже по-прежнему поют на более высоких частотах, чем их загородные сородичи, несмотря на снижение шума.
- Во время пандемии COVID-19 в Сан-Франциско уровень шума снизился на 7 децибелов, и белошапочные воробьи начали петь в более низкой тональности.
- Ученые считают, что для возвращения птиц к естественным частотам пения необходимы более радикальные меры по снижению шума.
Hələ 2000-ci illərin əvvəllərində ornitoloqlar müəyyən etmişdilər ki, Avropa şəhərlərində yol hərəkətinin aşağı tezlikli səs-küyü quşları mahnılarının tonallığını yüksəltməyə məcbur edir. Belə ki, Eyfel qülləsi yaxınlığındakı parklarda quşların oxuma tezliyi Parisin kənarındakı sakit meşələrdəki qohumlarından təxminən 400 Hz yüksək olmuşdur.
O vaxtdan bəri Fransa paytaxtı səs-küy çirkliliyi ilə mübarizədə nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Şəhərdə avtomobil hərəkəti azaldılır, velosiped infrastrukturu genişləndirilir və yollarda səs uducu örtük tətbiq edilir. Xüsusi kameralar səs-küy səviyyəsinin aşılmasını qeydə alır və sürücüləri cərimələyir. Nəticədə səs-küy səviyyəsi on il əvvəlki göstəricilərlə müqayisədə təxminən üç desibel azalmışdır.
Lakin yeni tədqiqatın göstərdiyi kimi, bu kifayət etməmişdir. Parisdə yaşayan böyük arıquşları hələ də «şəhərkənarı» qohumlarından daha yüksək tezliklərdə oxuyurlar.
Tədqiqatı Vindzor Universiteti və Leyden Universitetinin ornitoloqları aparmış, nəticələri Ornithological Applications jurnalında dərc etmişlər. 2023-cü ildə alimlər Parisin müxtəlif rayonlarında — küçələrdə, meydanlarda və parklarda, həmçinin şəhərdən kənar meşələrdə, o cümlədən Fontenblo bölgəsində quşların oxumasını qeydə almışlar.
Gözlənilirdi ki, səs-küyün azalması ilə şəhər və meşə quşları arasındakı fərq azalacaq, lakin bu baş verməmişdir — şəhərdəki quşlar «yüksək notu» saxlamağa davam edirlər.
Buna baxmayaraq, alimlər nikbinliyini itirmirlər. COVID-19 pandemiyası təcrübəsi göstərdi ki, səs-küyün kəskin azalması zamanı quşlar tez bir zamanda geri uyğunlaşa bilirlər. Belə ki, San-Fransiskoda lokdaun zamanı səs-küy səviyyəsi təxminən yeddi desibel azalmış və ağbaş sərçələr daha aşağı və təbii tonallıqda oxumağa başlamışlar.
Alimlər vurğulayırlar ki, antropogen səs-küy vəhşi təbiətə dağıdıcı təsir göstərir. O, quşların və qurbağaların cütlük cəlb etməsinə mane olur, balinaların ünsiyyət effektivliyini azaldır və yarasaların ovlamasını çətinləşdirir. Oxşar davranış dəyişiklikləri bütün dünyada — Kanada çöllərindən Avropadakı külək turbinləri olan ərazilərə qədər qeydə alınır.
Tədqiqatçılar hesab edirlər ki, quşların təbii oxuma tezliklərinə qayıtması üçün şəhərlərdə səs-küyün azaldılması üzrə daha radikal tədbirlər lazımdır.
Mənbə: vesti.az
Комментарии
Загрузка…
Оставить комментарий