- 13 иностранцев обвинены в подготовке террористических убийств в Литве
- Среди подозреваемых граждане 8 стран: Белоруссии, Греции, Грузии, Латвии, Литвы, Молдавии, России и Украины
- Целями были башкирский активист Руслан Габасов и Валдас Барткявичюс, занимающийся сбором помощи Украине
- Задержания проведены в марте 2025 года спецназом 'Арас', 7 арестованы
- Литва запросила экстрадицию нескольких подозреваемых, находящихся за границей
Vesti.az-ın Avropa KİV-lərinə istinadən verdiyi məlumata görə, Litva Baş Prokurorluğu səkkiz ölkənin 13 vətəndaşına terror ittihamı irəli sürüb. Bu barədə jurnalistlərə Litvanın Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin prokuroru Martinas Yovayşa məlumat verib.
«İstintaq materiallarında terror məqsədilə iki nəfərin qətlinin hazırlanmasında şübhəli bilinən 13 nəfər var. Onlardan doqquzu Litvadadır, yeddisi həbs edilib, ikisinə digər ehtiyat tədbirləri tətbiq edilib», — deyə o qeyd edib.
Şübhəlilər 2025-ci ilin martında «Aras» xüsusi təyinatlı dəstəsinin iştirakı ilə keçirilən əməliyyat zamanı saxlanılıb. O vaxt bu barədə heç bir məlumat verilməyib. Litvanın ekstradisiya tələb etdiyi daha bir neçə şəxs xaricdədir.
İstintaqın məlumatına görə, qrupun tərkibinə Belarus, Yunanıstan, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukrayna vətəndaşları daxil idi. Onlar Litvada yaşayan başqırd fəalı Ruslan Qabasovun və Ukraynaya yardım toplamaqla məşğul olan Valdas Bartkyaviçyusun qətllərini hazırlamaqda ittiham olunurlar.
Mənbə: vesti.az
Комментарии
Загрузка…
Оставить комментарий