Azadlıq Cəbhəsinin tuareq üsyançıları Malinin şimalındakı Kidal şəhərinə nəzarəti ələ keçirib.

Vesti.az-ın verdiyi məlumata görə, bu barədə Jeune Afrique bir neçə mənbəyə istinadən xəbər verir.

Məlumata görə, aprelin 26-da şəhərdə hələ də döyüşlər davam edirdi, lakin aprelin 27-də o, üsyançıların nəzarətinə keçib. Ölkənin şimalındakı digər böyük şəhər — Qao — hökumət qüvvələrinin nəzarəti altında qalır. Eyni zamanda, Mopti şəhəri qısa müddətə Əl-Qaidə ilə əlaqəli Cəmaət Nüsrət əl-İslam vəl-Müslimin ekstremist qruplaşmasının əlinə keçib. Mənbələrin sözlərinə görə, döyüşçülər aprelin 25-də yaşayış məntəqəsini ələ keçirib, silah anbarlarını talan edib, lakin aprelin 27-də geri çəkiliblər.

Radikal qruplaşmaların Malinin bir sıra şəhərlərinə əlaqələndirilmiş hücumları aprelin 25-də qeydə alınıb. Bu hadisələr zamanı Müdafiə və Veteranlar İşləri Naziri Sadio Kamara öldürülüb. Həmin gün Mali Silahlı Qüvvələrinin Baş Qərargahı bütün hücumların dəf edildiyini və döyüşçülərə ciddi ziyan vurulduğunu bəyan edib.