Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna Rusiya ilə potensial sülh sazişi çərçivəsində ərazilərinin bir hissəsini itirməyə razı olmalı ola bilər. Bu barədə Vesti.az Reuters-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu cür güzəştlər Kiyevin Avropa İttifaqına üzvlük perspektivi ilə əlaqələndirilə bilər.