Vesti.az-ın Dövlət Avtomobil Yolları Agentliyinin məlumatına istinadən verdiyi xəbərə görə, aprelin 28-i saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur.