Azərbaycan və Sudan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib. Müzakirələr Milli Məclisin sədri Sahibə Qafarovanın ölkəmizdə Sudan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Anas Eltayeb Elkaylani Mustafa ilə görüşü zamanı baş tutub. Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.