1-3 may tarixlərində keçiriləcək ikinci Beynəlxalq Xalça Festivalına hazırlıq davam edir. Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil olunur.